Dünya şöhrətli alimdən Allah və dünyanın gələcəyi haqda inanılmaz sözlər


Digərləri 19 Mar 2019 17:58:00 276 0

Dünya şöhrətli alimdən Allah və dünyanın gələcəyi haqda inanılmaz sözlər

Məşhur astrofizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişdi.

Son.az publika.az-a istinadən bu yazıda oxucuları müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Sviten Hokinqin həyat və kainat haqqında maraqlı fikirləri ilə tanış edir:

İQ-ümün nə qədər olması haqqında heç bir anlayışım yoxdur, onun göstəriciləriylə maraqlananlar sadəcə bəxtsizlərdir.

Hədəfim çox sadədir. Kainatı anlamaq istəyirəm ki, niyə o belə təşkil edilib və biz niyə buradayıq?

Tənliklər - riyaziyyatın ən darıxdırıcı hissəsidir. Mən əşyalara həndəsi tərəfdən baxmağa çalışıram.

Bu kiçik planetdə biz meymunların yalnız inkişaf etdirilmiş nəsilləriyik. Amma bizim Kainatı dərk etmək şansımız var. Və bu, bizi xüsusi edir.

Mənə elə gəlir ki, kompüter virusları həyat tərzi olaraq qəbul edilməlidir. Bu, insanın təbiəti haqqında çox şey danışır: hazırkı ana qədər yaradılan həyatın forması yalnız məhvə daşıyır. Biz həyatı öz obrazımız üzrə yaradırıq.

Kainatın quruluşunun yaşayış üçün əlverişli olduğuna təəccüblənməməliyik, çünki bu, onu göstərmir ki, kainat həyat üçün düşünülüb.

Biz dünyanın yaradılışını Rəbbin adı ilə bağlaya bilərik, lakin o şəxsi olmayan Rəbb olacaq. Fizika qanunlarında heç bir şəxsi xüsusiyyət yoxdur.

Biliyin əsas düşməni - avamlıq deyil, biliyin illüziyasıdır.

Bütün həyatım boyu bizi narahat edən və üzləşməli olduğumuz məsələlərə elmi cavablar axtarmağa çalışmışam və bundan böyük zövq almışam. Bəlkə də buna görədir ki, fizika haqqında kitablarım Madonnanın seks kitablarından daha çox satılıb.

İbtidai həyat çox yayılıb, dərkedilmiş və səmərəli həyat isə çox nadirdir.

Bəlkə də Tanrı zər atmaqla kifayətlənmir, eyni zamanda gözü bağlı oynayır və hərdənbir zərləri görülməyən yerlərə atır.

Bu vəziyyət zamanın hər şeyin başlanğıcı olduğu mənasını verir. Hər şeyin necə başladığını anlaya bilmək üçün Kainatdan kənarda güc axtarmağa çalışmamalıyıq.

Kainatın sərhədi haqqında daha önəmli şey olmalıdır, sərhədsiz Kainatdan daha özəl nə ola bilər ki?

Şərq təsəvvüfünün Kainatı bir xəyaldır. Özü ilə öz işi arasında əlaqə qurmağa çalışan fizikdən kənara çıxıb.

Artıq mövcud yollardan gələcək mükəmməl nəzəriyyəyə inanmıram. Yeni bir şeyə ehtiyacımız var. Bunun nə olacağını proqnozlaşdırmaq və ya onu tapmaq mümkün deyil, çünki bunu bilsəydik, onsuz da tapardıq! Bu, 20 il ərzində gəlməli idi, bəlkə də bunu tapa bilməyəcəyik.

Gördüyüm işlər göstərir ki, Kainatın başlanğıcı elmi qaydalarla izah edilə bilər. Bu nöqtədə kainatın hökmünün Allaha aid olduğu fikrinin yanlış olması meydana çıxır. Bu, heç bir Allah olmadığını sübut etmir, ancaq Allaha ehtiyac olmadığını göstərir.

Milyonlarla il insanlar heyvan kimi yaşayıb. Amma sonra bütün xəyal gücümüzü ortaya qoyan bir hadisə oldu. Biz danışmağı və dinləməyi öyrəndik. Danışmaq ideyaların ünsiyyətini və bəşəriyyətin birlikdə işləyib mümkün olmayan şeylərə nail olmasını da təmin etdi. İnsanlar ən böyük nailiyyətlərini danışımaq bacarığı sayəsində qazandı və ən böyük səhvləri danışa bilməməkdən irəli gəldi. Bu, belə olmamalıdır. Ən böyük ümidlərimiz gələcəklə gerçəkləşir. Texnologiyanın istifadəsi ilə imkanlar sonsuzdur. Biz yalnız danışdığımıza əmin olmalıyıq.

Kosmologiya tədris edildiyi zaman tez-tez Böyük Partlayışdan əvvəl nə olduğunu soruşurdum. Əvvəlin olmadığı şübhəylə qarşılanır. Çünki Böyük Partlayış zamanın meydana gəlməsini təmin edib, nə isə ona səbəb olmalıdır. Amma "səbəb" və "təsir" zamanla əlaqəli anlayışlardır. Və vaxt olmadığı hallarda tətbiq edilə bilməz. Beləliklə, sual mənasızdır.

Zamanın Allahın yaratdığını demək nə üçün vacibdir? Zaman müvəqqəti fəaliyyətdir. Zaman həmişə səbəbdən öncə olmalıdır. Allahın sadəlövh obrazının mövcudluğu Kainatdan öncə var olduğunu irəli sürmək, zaman olmadığı təqdirdə aşkar absurd fikirdir.