"Biz, öz işlərimizlə möhtərəm Prezidentimizi dəstəkləyirik"


Digərləri 19 Mar 2019 17:37:00 231 0

"Biz, öz işlərimizlə möhtərəm Prezidentimizi dəstəkləyirik"

Azay Möhnətov: "Otuz ilə yaxındır ki, bizneslə məşğul oluram. Biznesin isə birinci qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır. Biz, halallığın və qanunun tərəfdarıyıq"

Son.az "AF Holdinq" Şirkətlər Qrupunun rəhbəri, İş adamı Azay Möhnətovun "İslahat.az" xəbər portalına müsahibəsini təqdim edir.

- Azay müəllim, iş həyatınızda hansı yeniliklər var?

- Gördüyümüz işlərin keyfiyyətini artımağa çalışırıq. İş həyatımızda və biznesdə müsbət nümunələr yaratmaq üçün təşəbbüslərimizi genişləndiririk. Həmçinin, cəmiyyətimiz üçün, dövlətimiz üçün faydalı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü bütün işlərə biz də öz tərəfimizdən dəstək olmağa çalışırıq. Dövlətimizin iqtisadi addımlarını dəstəkləyirik.

- Sizin iş adamı olmağınız bəzən, mətbuatda müxtəlif qərəzli materialların dərc olunmasını nümayiş etdirir.

- Maraqlı məqama toxundunuz. Bununla bağlı dostlarımız da mənə deyirlər. Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, mən heç vaxt media əməkdaşları ilə problem yaşamamışam. Azad mətbuatdır, hər kəs təhqir etmədən fikirlərini qərəzli və ya qərəzsiz yaza bilər. Hər bir şəxs də öz mövqeyini cavab olaraq bildirmək də azaddır. Yəni, mətbuat ilə münasibətlər qarşılıqlıdır. Jurnalist peşəsinin sahibləri öz obyektivliklərini qorumalıdır. Müsbət nümunələri təqdim etməkdən çəkinməməlidir. Tənqid də olmalıdır. Bizim sahəmiz elədir ki, inkişaf üçün tənqid birinci şərtdir. Biz, öz işlərimizlə cəmiyyətimizi, dövlətimizi və möhtərəm Prezidentimizi dəstəkləyirik. Hər kəs bu ali ideyanı əsas götürərək müsbət işlər görməlidir.

- Azay müəllim, mətbuatda adaşınız, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adından sui-istifadələrə yol verilməsi ilə bağlı məlumatlar dərc olunub.