“İnter İkardini tərbiyə edir”- baş direktor


İdman 19 Mar 2019 17:20:00 247 0

“İnter İkardini tərbiyə edir”- baş direktor

İnter-in baş direktoru Beppe Marotta klubun hücumçusu Mauro İkardidən danışıb.

Goal.az xəbər verir ki, argentinalı bir aydan çoxdur meydana çıxmır.

“İnter bir ailədir. Adətən, ailədə valideynlər uşaqlarının xeyrinə qərar verir. Klub İkardini cəzalandırmır, əksinə, tərbiyə edir. Mauro İnter-in uğurları üçün əlindən gələni edib. Əminəm ki, problemi yoluna qoyacağıq. Hazırda dizindəki zədəyə görə oynamır. Bərpadan sonra heyətə qayıdacaq”, - Marotta bildirib.