Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanıldı


Kriminal 19 Mar 2019 17:03:00 214 0

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanıldı

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub.