Deputatlarımız ABŞa səfər edəcəklər


Siyasət 19 Mar 2019 16:43:00 172 0

Deputatlarımız ABŞa səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də Vaşınqtona səfərə gedəcəklər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Deputatlar ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.