DBX: Xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir


Digərləri 19 Mar 2019 16:28:51 225 0

DBX: Xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir

Qəbələdə heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri davam etdirilir

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Qəbələ rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. DBX-dən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Qəbələ Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 63 kənd və 1 şəhərində aparılır. Qəbələ rayonu ərazisində 45 511 baş iribuynuzlu, 189 919 baş xırdabuynuzlu, 750 baş donuz, 820 baş təkdırnaqlı, 390 358 baş quş və 9 795 arı ailəsi mövcuddur. Qəbələ Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 33 498 baş iribuynuzlu, 820 baş təkdırnaqlı heyvanda, 640 baş donuzda qarayara, 2 392 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Mart ayının ilk günlərindən isə Qəbələ Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit və dabaq xəstəliklərinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb.