Qulaq falına çıxmaq cəhalətdir


Digərləri 19 Mar 2019 16:17:00 292 0

Qulaq falına çıxmaq cəhalətdir

Çərşənbələr bitir, Novruz bayramı yaxınlaşır. Bayram yaxınlaşdıqca süfrələrə rənglənmiş yumurtalar, bəzədilmiş xonçalar, səməni və digər bayram atributları düzülür. Bayram axşamı isə hər kəs bir-birinə papaq atır, qapılara qulaq falına çıxır.

Cəmiyyətdə bunu el-obanın bayram adəti kimi qiymətləndirənlər də var, qeyri-etik davranış kimi hesab edənlər də.

Nəzərə alsaq ki, bayram axşamı hər kəsin süfrəsində müxtəlif çeşidli yeməklər, şirniyyatlar olmur, papaq atmaq adəti bir çox insanı pis vəziyyətdə qoya bilər.

Eləcə də qulaq falı dediyimiz adətə görə, dilək tutub bayram axşamı tanımadığın insanların qapısını dinləməlisən. Əgər xoş söhbət eşidərsənsə, diləyin yerinə yetəcək. Yox əgər söz-söhbətə şahid olarsansa, bu il də dilədiyinə çata bilməyəcəksən deməkdir.

Bəs görəsən, bayram süfrəsinə yumurtaları nə üçün boyayırlar? Bayram axşamı qulaq falına çıxmaq, qapı pusmaq olar, yoxsa olmaz?

Bu barədə oxu.az-a açıqlama verən AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılbəyli bayram adəti kimi bilinən bəzi ritualların əhəmiyyətsiz olduğunu deyib:

"Novruz Bayramı elimizin, obamızın qədim və gözəl bayramlarındandır. Lakin təəssüf olsun ki, bayram günlərində "adət" adı altında heç bir əhəmiyyəti olmayan qeyri-etik davranışlara yol verirlər.

Qulaq falına çıxmaq insanların elmsiz, cəhalət dövründən qalma rituallardandır. Bayramın başqa gözəl tərəflərini qeyd etmək, təbliğ etmək lazımdır.