Mərdəkanda Novruz şənliyi keçirilib (FOTO)


Digərləri 19 Mar 2019 16:15:16 196 0

Mərdəkanda Novruz şənliyi keçirilib (FOTO)

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Bakı. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Trend-in məlumatına görə, bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər.