ETSN: Qızılğac Milli Parkında 30004000 qızılqaz qışlayır
Digərləri 19 Mar 2019 15:55:00 253 0
Hazırda Qızılğac Milli Parkında 3000-4000 qızılqaz qışlayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, köçəri və nadir növ olan qızılqaz Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb.
Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.
Ən stabil qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin iri gölləridir.
Mənbə: milli.az