Bakıda bank hesabından oğurluq edən şəxs tutulub


Digərləri 19 Mar 2019 15:41:00 180 0

Bakıda bank hesabından oğurluq edən şəxs tutulub

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Bakı. Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.