“Barcelona ÇL-nin favoritidir”- Poçettino


İdman 19 Mar 2019 15:39:00 212 0

“Barcelona ÇL-nin favoritidir”- Poçettino

Tottenham-ın baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasından danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis favoritlər arasında Barcelona-ya üstünlük verdiyini deyib.

“İngiltərə klubları ÇL-də biri-biri ilə qarşılaşmaqdan həmişə çəkinir. Manchester City-nin bir məqsədi var: qalib gəlmək. Bu, Qvardiolanın gəlişi ilə bağlı deyil. Mançini və Pelleqrinin dövründə də klubun qarşısına bu cür tələb qoyulmuşdu. Tottenham yeni stadionda əzmkarlıq nümayiş etdirməyə can atacaq. 62 min azarkeşin dəstəklədiyi komanda turnirdə sürpriz edə bilər. Manchester United-ə gəlincə, son illər böyük qələbələr üçün yarışır. Lakin hesab edirəm ki, Barcelona hamıdan bir pillə öndədir. ÇL-nin favoriti Kataloniya klubudur”, - Poçettino deyib.