Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir


Dünya 19 Mar 2019 15:27:00 217 0

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir

Ukraynalı komik və şoumen Vladimir Zelenski prezident seçkilərinin əsas favoritinə çevrilib

.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Qabaqcıl hüquqi təşəbbüslər" ictimai təşkilatının keçirdiyi rəy sorğusundan aydın olub.

Onun namizədliyinə 34,04% seçici səs verməyə hazırdır. Bu isə hazırki prezident Pyotr Poroşenkoya göstəriləcək dəstəkdən 2 dəfə çoxdur.

Poroşenko yalnız 14,22% seçicinin dəstəyini qazanıb. Üçüncü pillədə yerləşən "Batkovşina" partiyasının sədri Yuliya Timoşenko isə yalnız 12,9%-lik ictimai dəstəyə malikdir.