Pirallahı rayonunda bayram şənliyi keçirilib FOTOlar


Digərləri 19 Mar 2019 15:05:00 277 0

Pirallahı rayonunda bayram şənliyi keçirilib  FOTOlar

Martın 18-i Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Novruz bayramı və Bahar fəslinin gəlişi" münasibətilə bayram şənliyi keçirilib.

İlk öncə, Mədəniyyət Mərkəzinin həyətində Şirvan folklor qrupunun ifasında səslənən "Yallı" musiqisinin sədaları altında "Yallı" rəqsi nümayiş olunub.  Bahar Qızı qonaqları xonça ilə qarşılayıb. Kosa-Keçəlin məzəli çıxışlarından sonra Dədə Qorqud əlindəki məşəllə tonqalı alovlandırıb.

Daha sonra Mədəniyyət Mərkəzinin foyesində 168,186, 231, 235, 243 saylı məktəblərin və "Bulaq", "Cırtdan" bağçalarının hazırladıqları sərgilərə baxış keçirilib.