Gəncədə yarım il əvvəl edilən oğurluğun üstü açıldı


Digərləri 19 Mar 2019 15:09:00 192 0

Gəncədə yarım il əvvəl edilən oğurluğun üstü açıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr  ayında şəhər  ərazisindəki  evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş  29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.