Zirə-yə texniki məğlubiyyət verildi


İdman 19 Mar 2019 15:00:00 224 0

Zirə-yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi Zirə-nin gənclərdən ibarət komandasına texniki məğlubiyyət verib.

Goal.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Gənclər Liqasının XXII turunda qəsəbə təmsilçisinin futbolçusu Pərvin Kərimlinin Sabah-la ev oyununu buraxmalı olduğu halda meydana çıxmasıdır.

Matç Zirə-nin 3 cavabsız qolla qələbəsi ilə başa çatsa da, komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, daha əvvəl Zirə-nin Premyer Liqada çıxış edən əsas və I Divizionda yarışan əvəzedici komandası da texniki məğlubiyyətlə üzləşib.