Ucarda faciə: dəmir qadının kürəyinə batıb qarnından çıxdı


Digərləri 19 Mar 2019 14:24:00 172 0

Ucarda faciə: dəmir qadının kürəyinə batıb qarnından çıxdı

Ucarda bədbəxt hadisə nəticəsində qadın xəstəxanalıq olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damından yerə yıxılıb.

Hadisə zamanı torpağa basdırılmış olan dəmir parçası Q.Abbasovanın kürək nahiyəsindən bataraq qarnından çıxıb. Xəstə dərhal yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti qənatbəxş hesab edilir.