Bakıda daha bir poçt şöbəsi istifadəyə verilib (FOTO)


Digərləri 19 Mar 2019 13:42:00 222 0

Bakıda daha bir poçt şöbəsi istifadəyə verilib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib. MMC-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospekti, 72-də yerləşən, 1 saylı poçt filialının nəzdində fəaliyyət göstərən 33 saylı poçt şöbəsi “Azərpoçt” MMC-nin yeni brendinə uyğun dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb. Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər. Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.