Bu "lotu"nun gücü yalnız qoca qadınlara çatırmış


Digərləri 19 Mar 2019 13:29:00 303 0

Bu "lotu"nun gücü yalnız qoca qadınlara çatırmış

Bakıda yaşlı qadınlara qarşı soyğunçuluq edən tutulub. 

DİN-dən Son.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs paytaxtın 73 yaşlı sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb. Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə martın 16 saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi ev 54 ünvanının qarşısında qeydə alınıb. Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək onun işərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.


Xəbərə aid fotolar