Martın 20-də hava necə olacaq?


Digərləri 19 Mar 2019 13:11:00 224 0

Martın 20-də hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.