Daşkəsəndə kişi beşinci arvadını və 35 günlük körpəsini qətlə yetirdi


Digərləri 19 Mar 2019 12:39:00 210 0

Daşkəsəndə kişi beşinci arvadını və 35 günlük körpəsini qətlə yetirdi

Arvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 20 il azadlıqdan məhrum edilən1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin iyun ayında arvadını və 35 günlük körpəsini öldürən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub. Təqsirli bilinən R.Ələkbərova Qeyd edək ki, R.Ələkbərov beşinci həyat yoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bildikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

Saxlanılan 1979-cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğlu istintaqa verdiyi ifadəsində bildirib ki, üç ay əvvəl həyat yoldaşını döyüb. Qadın isə polisə şikayət edib. Nəticədə R.Ələkbərov məhkəmə qərarı ilə 500 manat məbləğində cərimələnib.

Ələkbərov ifadəsində qeyd edib ki, həmin gündən bəri o qədər pulu necə ödəyəcəyini düşünüb və psixoloji sarsıntı keçirib. Hadisəni törətdiyi gün sərxoş olan R.Ələkbərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədova ilə mübahisə edib: