Dünyanın ən bahalı və ən ucuz şəhərləri məlum oldu


Dünya 19 Mar 2019 11:35:00 214 0

Dünyanın ən bahalı və ən ucuz şəhərləri məlum oldu

Paris, Honkonq və Sinqapur dünyanın ən bahalı şəhərləridir

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Economist Intelligence Unit təşkilatının illik araşdırmasının nəticələri göstərir.

Tarixdə ilk dəfədir ki, sadalanan üç şəhər birinci yeri bölüşür. Araşdırmada dünya üzrə 133 şəhərdə insanların gündəlik  olaraq istehlak etdiyi məhsul (məs. çörək) və xidmətlərin (məs, ictimai nəqliyyat) qiymətləri nəzərə alınıb.

Ötən il ən bahalı ikinci şəhər olmuş Fransa paytaxtı, Avrozonadan ilk onluğa düşmüş ikinci dövlətdir.