Real-ın Hazard üçün ilk təklifi rədd edildi


İdman 19 Mar 2019 10:44:00 262 0

Real-ın Hazard üçün ilk təklifi rədd edildi

Chelsea-nın yarımmüdafiəçisi Eden Hazard yayda klubunu dəyişə bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçu Real-a keçəcəyini gizlətmir. Bildirilir ki, Hazardın transfer arzusu Zidanın Madrid təmsilçisinə qayıdışı ilə bağlı deyil. Yarımmüdafiəçi “kral klubu” pərəstişkarı olduğu üçün “zadəganlar”dan ayrılır. Chelsea 28 yaşlı futbolçunun transferinə 120 milyon avro tələb edir.

İngiltərə mətbuatı "kral klubu"nun 82 milyonluq təklifinin qəbukl edilmədiyini yazıb.

Belçikalının Chelsea ilə müqaviləsi 2020-də başa çatır.