Xalq seçimini etdi: ölkədə ən çox üstünlük verilən yerli yağ istehsalçısı bəlli oldu


Digərləri 19 Mar 2019 11:20:00 262 0

Xalq seçimini etdi: ölkədə ən çox üstünlük verilən yerli yağ istehsalçısı bəlli oldu

Day.az media şirkəti hər il müxtəlif kateqoriyalar üzrə keçirdiyi "Xalq seçimi" sorğusunun 2018-ci il qaliblərini mükafatlandırıb. Sözügedən layihənin 18 brendi əhatə edən "Ən yaxşı yağ" mərhələsinin builki qalibi "Səba" yağları olub. "Ölkədə ən çox hansı yerli yağ istehsalçısına üstünlük verirsiniz?" sualını cavablandıran respondentlərin əksəriyyəti - 31%-i "Səba" yağını seçdiyini açıqlayıb. Bu götərici ilə də "Səba" brendi digər yerli kərə yağı istehsalçılarını 5 dəfədən artıq fərqlə  geridə qoyub.

Qeyd edək ki, "Xalq seçimi" layihəsinə 2012-ci ildə start verilib. Xəbər portalı 6 il ərzində hər ay oxucular arasında fəqrli kateqoriyalar üzrə sorğu apararaq Azərbaycanın ən yaxşı bankı, qida məhsulu, taksi xidməti, oteli və s. müəyyənləşdirir. Səsvermədə 10 minə yaxın respondent  iştirak edir. Böyük maraqla izlənən "Xalq seçimi"nin istehsalçılar üçün əla stimul olduğu bildirilir.


Xəbərə aid fotolar