Səhiyyə Nazirliyi: Bakıda marşrut avtobusunun törətdiyi qəzada 2 nəfər xəsarət alıb


Digərləri 19 Mar 2019 11:16:00 170 0

Səhiyyə Nazirliyi: Bakıda marşrut avtobusunun törətdiyi qəzada 2 nəfər xəsarət alıb

Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Bakı. İlhamə İsabalayeva - Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.