Bu gündən Bakıda Novruz festivalı başlayır


Digərləri 19 Mar 2019 11:01:00 183 0

Bu gündən Bakıda Novruz festivalı başlayır

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu gündən “Sahil bağı”nda Novruz festivalına başlanılır.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu gündən “Sahil bağı”nda Novruz festivalına başlanılır. Agentlikdən Trend-ə verilən məlumata görə, festival martın 24-dək davam edəcək. Festival çərçivəsində keçiriləcək tədbirlərin olacağı ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya ediləcək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq. Şənliklər hər gün saat 11-dən 21:00-dək, martın 19, 20 və 21-də isə 23:00-dək davam edəcək. Şənliklərdə dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram təqdim olunacaq.