İsmayıllıda ağır qəza: beş nəfər yaralandı VİDEO


Digərləri 19 Mar 2019 10:50:00 201 0

İsmayıllıda ağır qəza: beş nəfər yaralandı  VİDEO

İsmayıllı-Qəbələ yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

.

Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

İsmayıllının Qurbanəfəndi kəndi ərazisində baş verən qəza zamanı "Mersedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Son.az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılar Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Qabil Hüseynov, 1970-ci il təvəllüdlü Sevinc Hüseynova, İsmayıllı rayon sakinləri 1982-ci il təvəllüdlü Ramil Qarayev, 1962-ci il təvəllüdlü Həsən Allahverdiyev və 1954-cü il təvəllüdlü Niyaz Qarayevdir.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Videonu izləmək üçün şəklə klikləyin: