Amapola Exclusive Events "Torpaq əlimdə, bahar ürəyimdə" yaz yarmarkasının təşkilatçısıdır


Digərləri 19 Mar 2019 11:00:00 295 0

Amapola Exclusive Events "Torpaq əlimdə, bahar ürəyimdə" yaz yarmarkasının təşkilatçısıdır

Martın 15-dən aprelin 1-dək Bakıda "Torpaq əlimdə, bahar ürəyimdə" xeyriyyə yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Amapola Exclusive Events şirkətidir.

Yaz gəldi, onunla birlikdə ölkəmizdə qeyd olunan ailəvi və ən gözlənilən bayramlardan biri hər kəsin sevdiyi Novruz bayramı yaxınlaşır. Bütün canlılar qış yuxusundan oyanır, bitkilər çiçəklənməyə və, ətrafa ürəklərə hüzur və qeyri-adi gözəllik hissini bəxş edən, yalnız yaxşı işlərə sövq edən qoxular saçmağa başlayır. 

Bu il ilk dəfə olaraq, yaz bayramı ərəfəsində paytaxt sakinləri "Nargis" Fondunun təşkil etdiyi "Torpaq əlimdə, bahar ürəyimdə" xeyriyyə yarmarkasını ziyarət edək xeyir iş görmək üçün gözəl imkan əldə etdi. Yarmarka ənənəvi olaraq Fəvvarələr Meydanında keçirilir və "Soyuq əllər, isti ürək" Yeni il yarmarkası kimi burada toplanılan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardıma sərf ediləcək. 

Yaz yarmarkası ona məxsus rənglər, ətirlər, ənənəvi şirniyyatlar, rəmzlər və müəlliflərin müsbət enerjisi və mehribanlığını əks etdirən unikal əl işləri ilə bayramın bütün rəngarəngliyini təcəssüm etdirir.


Xəbərə aid fotolar