Tottenham futbolçusunu rekord məbləğə satır


İdman 19 Mar 2019 10:22:00 246 0

Tottenham futbolçusunu rekord məbləğə satır

İngiltərənin Tottenham klubu futbolçusu Kristian Erikseni yay transfer pəncərəsində satmaq istəyir.

Goal.az "Daily Express"ə istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferindən ən azı 233 milyon avro qazanmaq niyyətindədir. Danimarkalı oyunçunu İspaniya Real Madrid-i heyətinə qatmağı planlaşdırır. Amma Barcelona da Eriksen ilə yaxından maraqlanır.

Daha öncə yarımmüdafiəçi müqaviləni uzatmaq üçün Tottenham-dən gələn üç təklifi rədd edib.

Qeyd edək ki, Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Danimarkalı oyunçu 2013-cü ildə 13.5 milyon avro qarşılığında Hollandiya Ajax-ından İngiltərə klubuna keçib.