Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək


Digərləri 19 Mar 2019 10:29:01 211 0

Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2019-cu il 29 mart tarixində Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynalxalq konfrans keçirəcək.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2019-cu il 29 mart tarixində Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynalxalq konfrans keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yollarının müzakirə edilməsidir. Konfransda OECD-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiya” mövzusunda çıxış edəcək. Belə ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb.