Valideynlərin nəzərinə: sənəd qəbulu sistemi işləməyəcək


Digərləri 19 Mar 2019 09:51:00 216 0

Valideynlərin nəzərinə: sənəd qəbulu sistemi işləməyəcək

I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində fəaliyyət göstərməyəcək

.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, sistem martın 19-u saat 15:00-dan 27 mart saat 10:00-dək fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.