“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 19 Mar 2019 09:42:19 180 0

“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb (FOTO)

“Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər uşaqlar arasında olan hissəsi başa çatıb.

Bakı. Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi-bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəslə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər uşaqlar arasında olan hissəsi başa çatıb. Trend-in məlumatına görə, Xətai Sənət Mərkəzində təşkil olunan sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik edib, onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd edərək sərgidə iştirakına görə təşəkkür edib. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov sərgi iştirakçılarını salamlayaraq onlara uğurlar diləyib. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək təbiətin oyanışını balaca uşaqların saf duyğularında hiss etdiyini qeyd edib və hamını bayram münasibəti ilə təbrik edib. Sərgidə bahar təravəti hiss olunan 140 uşağın 150 işi təqdim olunub.