Bakı metrosunda törədilən terror aktından 25 il ötür


Digərləri 19 Mar 2019 09:15:00 211 0

Bakı metrosunda törədilən terror aktından 25 il ötür

Terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb

1994-cü il mart ayının 19-da 13:00-da "20 Yanvar" metro stansiyasında partlayış törədilib.

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Cinayətin törədilməsində şübhəli bilinən "Sadval" Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.