Alimlər səsi tamamilə boğan material əldə etdi VİDEO
Digərləri 19 Mar 2019 08:51:00 188 0
Boston Universitetinin alimləri bütün səsləri blok edən bir material istehsal etdi.
Səs-küy bir çox insanı narahat edir. Günümüzdə səs izolyasiyası iş şəraitində xüsusilə sıx ofislər üçün böyük problem ola bilir.
Boston Universitetinin alimləri bir boru kəmərinin ucuna böyük bir hoparlör taxıb, sonuna qədər açdılar. Bəs nə eşitdilər? Heç bir şey. Məqsəd də elə bu idi.
Son.az chip.az-a istinadən bildirir ki, PVC boruya yerləşdirilən 3 ölçülü printer ilə hazırlanan bir halqa borunun içərisindəki səsin 94% -ni basdıra bildi. Belə olduqda səs insan qulaqlarının eşidə bilməyəcəyi qədər zəiflədi.
Akustik metamaterial adlanan bu halqa riyazi olaraq özəl dizayn edilib. Bu material səslərin müəyyən tezliklərdə gəldiyi yerə əks etdirəcək formada hazırlanıb. Ümumi akustik panellər fərqli bir iş prinsipinə malikdir və onlar səsi udaraq işləyirlər. Bu sistemdə hava və işıq asanlıqla keçə bildiyi halda səs dalğaları keçə bilmir.