Məsumların məsləhətləri


Digərləri 19 Mar 2019 08:55:00 233 0

Məsumların məsləhətləri

"Minhac" kitabında məsumlardan rəvayət edilib ki, kim öyrəndiklərini yaddan çıxarırsa (kim unutqandırsa) hər sübh namazının nafiləsindən sonra aşağıdakı ayəni oxusun: "Rəbbəna la tuaxizna in nəsiyna əv əxtəna rəbbəna və la təhmil ələyna isrən kəma həməltəhu ələlləziynə min qəblina rəbbəna vəla tuhəmmilna ma la taqətə ləna bihi vafu ənna vəğfir ləna vərhəmna əntə məvlana fənsurna ələl qavmil kafirin" ("Bəqərə", 286).

Tərcüməsi: "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!".

Sonra isə desin: "Əllahummə la tənsini ma əqrəu fi yəvmi haza fəinnəkə qultə sənuqriukə fəla tənsa". Tərcüməsi: "Ey Allahım, bu gün oxuduğumu mənə unutdurma, necə ki, Sən belə buyurursan: "Onu sənə Biz oxudacağıq və sən onu əsla unutmayacaqsan".