64 MP və 100 MP + kameralı smartfonlar olacaq


Digərləri 19 Mar 2019 08:41:00 261 0

64 MP və 100 MP + kameralı smartfonlar olacaq

Qualcomm-un meneceri birdən çox texnologiya nəhənginin yüksək megapiksel kameralı telefonlar istehsal edəcəyini bildirir.

Keçdiyimiz aylarda, ağıllı telefon istehsalçılarının 32 MP və 48 MP kameraya sahib telefonları istehsala buraxması ilə 'megapiksel döyüşləri' yenidən başlamış vəziyyətdə olduğunu söyləyən Qualcomm idarəçisi Judd Heape-ə görə, bu hələ başlanğıcdır.

Son.az chip.az-a istinadən bildirir ki, Heape MySmartPrice-ə verdiyi açıqlamasında, orijinal məhsul istehsalçılarının sensor istehsalçılarıyla birlikdə, bu ilin sonuna qədər 64 MP və 100 MP + kameralı ağıllı telefonlar istehsal edəcəyini deyir.