Asus 2 yeni smartfon buraxdı


Digərləri 19 Mar 2019 08:31:00 221 0

Asus 2 yeni smartfon buraxdı

Asus Braziliya tərəfindən hazırlanan Snapdragon SiP 1 prosessorlu yeni smartfonlar ZenFone Max Shot və Max Plus M2-ni təqdim etdi.

Son.az chip.az-a istinadən bildirir ki, smartfon sənayesində orta səviyyəli istehsalçılardan biri olan Asus iki yeni smartfon: ZenFone Max Shot və Max Plus M2 modellərini təqdim etdi. Hər iki yeni Asus telefonları Qualcomm-un 14nm prosesi ilə istehsal edilən Snapdragon SiP 1 prosessorları ilə təchiz edilmişdir.

ZenFone Max Shot üç arxa kameraya, Max Plus M2 modeli ikili arxa kameraya sahibdir.

Asus ZenFone Max Shot 3GB\4GB RAM, 32GB\64 GB yaddaş malikdir. Qualcomm Snapdragon SIP1 prosessoru və Adreno 506 GPU təchiz olunub. 6.2 düymlük Tam HD + LCD ekrana sahib smartfon Android 8.0 Oreo əməliyyat sistemi ilə təchiz olunub. Cihaz 12MP + 5MP + 8MP üçlü arxa kamera ilə yanaşı, 8MP ön kameraya sahibdir. WiFi 802.11 a / b / g / n / ac, 4G LTE CAT 7, Bluetooth 4.2, GPS, A-GPS, GLONASS kimi əlavə özəlliklərə malik smartfonun 4,000mAh batareyası var.