Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir


Dünya 19 Mar 2019 08:38:00 242 0

Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisinin 96,1 faizi gecə gəzintiləri zamani özlərini təhlükəsizlikdə hiss edirlər və bu da dünyada ən yüksək göstəricilərdən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dubay polisinin ictimai təhlükəsizlik idarəsi sədrinin müavini, general Dahi Xalfan Təmim açıqlama verib.

Onun sözlərinə görə, dünya üzrə reytinqində bu göstəriciyə görə ikinci yeri Sinqapur tutur - 94 faiz. Ölkədəki bu yüksək nailiyyətin əsasında BƏƏ-nin rəhbərliyinin apardığı siyasət və strategiya dayanır.