Afinada nazirliyə vandal hücumu


Dünya 19 Mar 2019 08:28:00 188 0

Afinada nazirliyə vandal hücumu

Yunanıstanın İqtisadiyyat və İnkişaf Nazirliyi vandalların əməllərinə rast gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, quruma yaxınlaşan beş nəfər cinayətkardan ibarət qrup binanın üzərinə boya töküblər, şüşəni qırıblar, qapını zədələyiblər. Bunları etdikdən sonra onlar hadisə yerindən uzaqlaşıblar.

Hadisə ilə bağlı heç kim saxlanılmayıb, istintaq davam edir.