Günün qoroskopu: Çətin məsələlərin həllinə başlayın


Digərləri 19 Mar 2019 00:01:00 247 0

Günün qoroskopu: Çətin məsələlərin həllinə başlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - adi gündür. Rahat, sakit şəraitdə çalışa bilərsiniz. Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Situasiyaya kəskin müdaxilə etməyin. Fəaliyyət planlarınız barədə yaxın ətrafınızdakı insanlara geniş, müfəssəl məlumat verməyə heç bir ehtiyac yoxdur.

Günün ikinci yarısında gərəkli məlumatı əldə edin. Alış-verişdə simiclik etməyin. Yenilənmələrdən bəhrələnərək tərəfdaşlarla müzakirələr aparın. Təmaslar spontan, hətta xaotikdir. Mənasız əlaqələrdən qurtulun.  

Buğa - kollektiv tədbirlərdə xeyir var. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Ona dərhal kömək edin. Qayğıkeş, şəfqətli olun.

Tələsmədən çalışın, vurnuxmaya qapılmayın. Situasiya bəzi məsələlərə fərqli baxış tələb edir. Prioritetləri dürüst müəyyənləşdirin.

Layiq olduğunuz qiyməti ala bilərsiniz. Hədsiz dərəcədə təşəbbüskar olmayın, ətrafınızdakı insanlara təzyiq göstərməyin. Tərəfdaşlarla təmaslarda hər şey şəffaf deyil. Yalanlara uymayın.

Mövcud mərhələdə tədbirli olun. Hiylə qurbanına çevrilməyin.

Əkizlər - aldığınız məlumatlardan istifadə edərək fəaliyyətinizi intensivləşdirin. Yarımçıq işləri başa vurun. Dövr aktivlik tələb edir.

Təxirə saldığınız işlərin yaxşı perspektivləri var. Sizə yardım etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq məsləhət deyil.

Yaxın gələcəklə bağlı planlar qurun. İdeyanızı reallaşdırmağa başlayın.

Sizi maraqlandıran təcrübəyə, biliyə malik insanlarla ünsiyyətdə olun. İşləri təkmilləşdirmək olar.

Xərçəng - günün ilk yarısından etibarən rutin işlərlə məşğul olun. Cari məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirməyə başlayacaq, yeni tapşırıqlar vermək istəyəcəklər. Mövcud fəaliyyət sahənizdəki təfərrüatları nəzərə alın.

Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Nəyisə dəyişmək, islahatlara uğratmaq olar. Xırda saydığınız məsələlər diqqətinizdən yayınmasın.

Qənaətcil olun. Bədxərclik etməyin. Çoxdan axtardığınız nəsnəni tapa bilərsiniz.

Şir - tərəfdaşlara inanmaq olar. Onların təşəbbüsü işlərinizə fayda verəcək. Üstəlik, daha çox zəhmət çəkməli olmayacaqsınız. Kommersiya təklifləri, birgə fəaliyyət, kollektiv sifarişlərlə bağlı məsələlərə maksimum diqqət ayırın.

Mənfəət və gəlir vəd etməyən işlərdən uzaq durun. Borcu qaytarsalar və ya çoxdan gözlədiyiniz məbləği əldə etsəniz, o pulları xərcləməyə tələsməyin.

Yaxın gələcəklə bağlı perspektivlərin ilkin konturları günün ikinci yarısında bəlli olacaq. Niyyətlərinizi dəqiqləşdirin, məqsədləri konkretləşdirin. Fəaliyyət istiqamətlərində dəyişikliklər istisna deyil.

İstənilən yük, mənasız əlaqələr və effektivliyini itirmiş planlardan qurtulun. Yaxınlarınıza təsir etməyə çalışmayın.

Qız - yeni təmayüllərə uyğunlaşıb şərtlərdən faydalana bilməsəniz, geriləmə labüddür. Ötənlərdəki mühüm hadisələrdən birinin əks-sədası, afterşoku yaşanacaq,

Köhnə əlaqələri bərpa edin, yeniliklərə can atmayın. Önəmli saydığınız insandan məlumat alacaqsınız.

Yaşamınızın cari konturlarını dəyərləndirərək yeni istiqamətlər və yollar seçin.

Günün ikinci yarısında durum nevroz, gərgin olacaq. İşlərin əhəmiyyətli hissəsini başqasına həvalə etməyin. İfrat aktivlik gözlənilən nəticəni verməyə bilər.

Axşam saatlarında normal istirahət etməyə çalışın. Mühüm xəbərlər sizdən yan keçməsin.

Tərəzi - qüvvənizə qənaət edin. Yaşananları tələsmədən təhlil edin. Hadisələri dəyərləndirin. Təkrarçılıq, dönüşlər və mərhələlər tələb edən işlərlə məşğul olmayın.

Sürətlə irəliləmək üçün zəruri vasitələri seçin. Ehtiyac yaranarsa, ənənəvi metodları yeniləmək gərəkdir. Məlumat, informasiya, təhsillə bağlı yeni layihəyə başlamayın. Mövcud işləri tamamlamağa çalışın.

Yarımçıq heç nə saxlamayın.