Bu gün ilaxır Torpaq çərşənbəsidir


Digərləri 19 Mar 2019 00:02:00 200 0

Bu gün ilaxır  Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur.

Son.az Trend-ə istinadən bildirir ki, torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var.

Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar.

Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.