İngiltərədə Anqlosakslar dövrünə aid olan qızıl əşyalar tapılıb


Digərləri 18 Mar 2019 23:54:00 361 0

İngiltərədə Anqlosakslar dövrünə aid olan qızıl əşyalar tapılıb

İngiltərənin Norfolk qraflığında 2014-2017-ci illərdə aparılan araşdırmalar zamanı aşkarlanan qızıl əşyaların Anqlosakslar dövrünə aid olduğu məlum olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "yüksək statuslu" bir qadına aid olan 145 min funt sterlinq dəyərindəki əşyaların 6-cı əsrin sonu 7-ci əsrin əvvəllərinə aid olduğu düşünülür. Həmçinin, aparılan tədqiqatlar nəticəsində İngiltərənin şərqində və Kent bölgəsində Anqlosakslar dövrünə aid oxşar əşyalar aşkar edilib.