Bu əfsanəvi avtomobillər artıq istehsal edilmir SİYAHI FOTO


Digərləri 18 Mar 2019 23:58:00 445 0

Bu əfsanəvi avtomobillər artıq istehsal edilmir  SİYAHI  FOTO

Bu gün əlində müəyyən məbləğ pulu olan şəxs avtomobil ala bilər. Kifayət qədər markalar var. Amma elə brendlər var ki, onlar artıq istehsal edilmir və tarixə qovuşublar.

Son.az ölkə.az-a istinadən bu gün istehsal edilməyən əfsanəvi avtomobilləri təqdim edir.

Horch

"Horch" konserni 1899-cu ildə qurulub. Bu şirkət premium sinfinə aid avtomobillər istehsal edib. Mütəxəssislər qeyri-adi dizaynlar, salonlar və güclü mühərriklər istehsal ediblər. "Horch 853 Voll & Ruhrbeck Sport Cabriolet" modeli cəmi bir nüsxə istehsal edilib və avtomobil kolleksionerlərinin ən çox xoşladığı modellərdəndir. İkinci dünya müharibəsi başa çatdıqdan sonra konsern yük maşınları istehsal etməyə başladı. Sonra isə bir sıra səbəblərdən bağlandı.

DeLorean Motor Company

Mövcud olduğu illər ərzində cəmi bir model istehsal edib. Bu superkar əla idi və texniki nöqteyi-nəzərdən elə də uğurlu sayılmırdı. Söhbət "DeLorean DMC-12" modelindən gedir. "Gələcəyə getmək üçün geri qayıtmalı" filminin qəhrəmanları məhz bu avtomobildən istifadə ediblər. İlk model 1981-ci ildə istehsal edilib.

Yuxarıda dediyimiz kimi, texniki göstəricilər zəif idi. Məsələn, mühərrik cəmi 130 at gücü hasil edirdi və 100 km/saat sürəti 10.5 saniyəyə yığırdı. Amma qiyməti baha idi. Texniki problemlər səbəbindən 3 il sonra avtomobilin istehsalı dayandırıldı. 3 il ərzində isə cəmi 900 ədəd avtomobil istehsal edilib. Buna baxmayaraq, çox populyar model sayılır.


Xəbərə aid fotolar