Dünən toyu olan bəy qəza keçirdi Azərbaycanda


Digərləri 18 Mar 2019 23:43:00 253 0

Dünən toyu olan bəy qəza keçirdi  Azərbaycanda

Göyçayda yol qəzası baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Göyçayın Qaraməryəm kəndində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarət alıb. Zərbəninin təsirindən avtomobillərə də ciddi zərər dəyib.

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kənd sakinidir. Onun ötən gün toy mərasimi olub.

Faktla bağlı araşdırma aparılır.