Yeni Zelandiya hökuməti silah haqqında qanuna düzəlişləri dəstəkləyib


Dünya 18 Mar 2019 23:45:00 254 0

Yeni Zelandiya hökuməti silah haqqında qanuna düzəlişləri dəstəkləyib

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hökumətin Christchurch şəhərində törədilən terror aktı ilə əlaqədar silah haqqında qanuna düzəlişləri dəstəklədiyini bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Casinda Ardern hələlik qanuna düzəlişlərin detallarını açıqlamayıb. Baş nazir, həmçinin faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunacağını desə də, onun nə vaxt baş tutacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə cümə namazı vaxtı silahlı hücum təşkil edilib. Son məlumata əsasən, on dəqiqə aralıqla baş verən terror aktı nəticəsində 3 yaşdan 77 yaşadək 50 nəfər həlak olub, 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 34-ü hələ də xəstəxanalarda müalicə alır, onlardan 12-nin vəziyyəti ağırdır.