Azərbaycan nefti ucuzlaşıb


Digərləri 18 Mar 2019 23:41:00 214 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,18 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel azdır.