Ürək və damarların ən böyük dostu


Digərləri 18 Mar 2019 22:53:00 218 0

Ürək və damarların ən böyük dostu

Sarımsaq çox faydalı tərəvəzdir. Lakin mütəxəssislərin fikrinə görə, təzə sarımsaq qat-qat daha faydalıdır.

Təzə sarımsaq C vitamini və fitonsidlərlə xüsusilə zəngindir. Məhz bu 2 maddə soyuq fəsillərdə zəifləmiş immuniteti möhkəmləndirir, orqanizmin infeksiya və viruslara qarşı olan davamlılığını artırır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, təzə sarımsaq beyinin fəaliyyətinə də çox yaxşı təsir edir, beyin qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, yaddaş və diqqəti artırır.

Təzə sarımsaq aterosklerozun ən böyük düşmənidir. C vitamini və allisin maddəsi sayəsində təzə sarımsaq damarları möhkəmləndirir, genişləndirir, daha elastik edir, damarlarda trombların riskini azaldır. Bütün bunlar isə öz növbəsində yüksək təzyiq, insult və infarktın riskini azaldır.

Təzə sarımsaq şəkərin səviyyəsini də aşağı salır.

Həmçinin bu göyərti güclü qurd əleyhinə təsirə malikdir.