Fransız bəstəkarı Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb


Digərləri 18 Mar 2019 22:39:00 200 0

Fransız bəstəkarı Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb

Fransız bəstəkarı və ifaçısı Didye Maruani Rusiyanın Xalq rtisti Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fransız bəstəkarı "Qəddar sevgi" ("Jestokaya lyubov") mahnısına görə müəllif hüquqlarının müdafiəsi üçün F.Kirkorov və bəstəkar Oleq Popkova qarşı 272 milyon rubl məbləğində iddia irəli sürüb.

İddiada deyilir ki, bəstəkar O.Popkov və ifaçı F.Kirkorov Didye Maruaninin "Symphonic Space Dream" mahnısının musiqisindən istifadə ediblər. İddia Moskva məhkəməsinə təqdim olunub.