Dünyada hər kəsin rastlaşdığı ən çox yayılmış problem: Öhdəsindən necə gəlmək olar?


Digərləri 18 Mar 2019 22:14:00 230 0

Dünyada hər kəsin rastlaşdığı ən çox yayılmış problem: Öhdəsindən necə gəlmək olar?

Mədənin qıcqırması demək olar ki, hər kəsin başına gələ biləcək problemlərdən biridir. Adətən, qzlı su kimi içkilərlə mədədəki yanma hissi azaldılsa da, əslində, mədə qıcqırması ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bəs qıcqırma nədən əmələ gəlir? Bu problem necə həll oluna bilər?

Son.az xəbər verir ki, mədədəki turşunun həddindən artıq ifraz olunması qıcqırma əmələ gətirir. Turşuluğu artıran səbəblər isə ətraf mühit faktorlarıdır. Yağlı və ağır qidaların qəbulundan sonra yaranan bu durum insanın gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərir. Çox və nizamsız şəkildə yemək qəbul etmək və bununla paralel hərəkətsizlik, həmçinin, siqaret çəkmək və ya çay işilməsi mədənin turşuluğunu artırır. Bundan başqa, sinir sistemində yaranan problemlər də mədə qıcqırmasına səbəb ola bilər.

Mədə qıcqırmasına səbəb ola bilər:

- Həddən artıq qida qəbul edərək mədə divarını genişləndirmək

- Nizamsız və yağlı qidalar qəbul etmək

- Strese, depressiya və kədərlənmək

- Zərərli vərdişlər

- Yeməyi çeynəmədən udmaq

- Qlüten və qlükoza

- Antibiotik tərkibli dərmanların əks təsirləri

Mədə qıcqırmasının qarşısını nə ala bilər?