Super yarma KİNOA


Digərləri 18 Mar 2019 22:19:00 262 0

Super yarma KİNOA

Bu yarmanın vətəni Cənubi Amerikadır. Kinoa dünyanın ən faydalı 20 məhsuldan biri sayılır.

Təəssüf ki, bizdə bu yarma hələ ki çox populyar deyil.

Kinoa nə ilə faydalıdır?

Kinoa asan mənimsənilən zülallarla zəngindir. Son.az saglamolun.az-a istinadən bildirir ki, bu xüsusiyyətə görə kinoanı hətta ana südü ilə müqayisə edirlər.

Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və çölə çıxardır.

Orqanizmi artıq xolesterindən təmizləyən kinoa ürək-damar sistemi üçün çox faydalıdır. Orqanizmdə toplanaraq artıq xolesterin damarlarda yığılır, damarları tutur ki, bu da infarkt və insultun riskini artırır.

Həmçinin qidalı liflərlə zəngin olan kinoa qəbizliyin və bağırsaq xərçənginin təbii profilaktikasıdır.