Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul


Digərləri 18 Mar 2019 22:08:00 185 0

Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul

Damarlarda xolesterinin yığılması ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

Bəzi qida məhsulları var ki, bu məhsullar orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları xolesterindən təmizləməyə yardım edir.

Mütəxəssislər bu məhsulları qidalanmaya daim daxil etməyi tövsiyə edirlər.

Son.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

1. Sarımsaq

Bu tərəvəzi hətta "təbii statin" adlandırırlar. (Statinlər orqanizmdə xolesterinin səviyyəsini salan dərman preparatlarıdır.) Mütəxəssislər hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər.

2. Zeytun yağı

Faydalı xüsusiyyətlərinə görə zeytun yağına "duru qızıl" deyilir. Zeytun yağı nəinki orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həmçinin damarlarda iltihabı da azaldır. Bu xüsusilə vacibdir ki, xolesterin sağlam damarlarda deyil, iltihablaşmış damarlarda yığılır.

Mütəxəssilər hər gün 1 x.q. zeytun yağını istehlak etməyi tövsiyə edirlər. Yağı salatlara, hazır yeməklərə əlavə etmək daha faydalıdır.

3. Badam

Bütün çərəzlər damarların sağlamlığına müsbət təsir edir. Bu onların tərkibində olan Omeqa3 və Omeqa6 yağlı turşularla izah olunur. Bu mənada damarlar üçün ən faydalı çərəz badam sayılır.